GündəmManşet

Erməni mediası iddia edir: “Atəş nöqtələrini susdurmaq” üçün Naxçıvan minatanlardan atəşə tutulub

Azərbaycan-Ermənistan sərhəddinin Naxçıvan istiqamətində vəziyyətin yenə gərginləşdiyi, ermənilərin mövqelərimizi atəşə tutduqları barədə xəbər yayılıb. JAMAZ.İNFO xəbər verir ki, dünən gecə və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Sədərək rayonu ilə sərhəddə yerləşən Arazdəyən (Yersax) qəsəbəsindəki mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutub.

Gələn son xəbərlərdə isə iddia olunur ki, düşmən tərəf Naxçıvan sərhəddində yerləşən qoşunlarımızın mövqelərini iriçaplı silahlardan, habelə minaatanlardan atəşə tutub. Azərbaycan Ordusu düşmənin atəş nöqtələrini susdurmaq üçün zəruri tədbirlər görüb.

Ermənistan mediasının yaydığı xəbərdə isə iddia olunur ki, Azərbaycan Ordusu təkcə, Yersax (Arazdəyən) qəsəbəsini deyil, onunla paraleldə yerləşən sarhəd kəndləri olan İrimis (Amaraş) və Böyük Avşar (Surenavan) kəndlərini atəşə tutub. Həmin məlumatlarda həmçinin o da qeyd olunur ki, erməni tərəfi guya, Azərbaycan Ordusuna cavab atəşi açıb və prosesin qarşısını almaq üçün minaatanlardan istifadə edib.

İrimis kəndində yaşayan Tiqran Matevosyan iddia edib ki, bu gün səhər saat 11-12:30 radələrində o və həmkəndliləri atəş səsləri eşidiblər. “Biz səhər saatlarında atəş səsləri eşitdik. Kəndin aşağısında balıq vətəgəsi var. Adətən ora ovçular gedir. Ola bilər ki, güllə səsləri oradan gəlib. Əgər artilleriya qurğularından istifadə olunubsa, o zaman bu səslərin sərhəddəki döyüş postlarından gəldiyini demək olar”.

İrimis kəndinin digər sakini Akop Zeynalyan isə deyib ki, o, heç bir atəş səsi eşitməyib. “Heç bir atışma yoxdur. Vəziyyət sabitdir. Onlar bizə necə atəş aça bilərlər? Döyüş mövqeyi bizim yaxınlığımızda deyil, Yersaxda yerləşir. Orada atışma gedirsə, biz bilə bilmərik”.

Bu əsnada, Ararat vilayətinin admnistrasiyası da məlumat yayıb. Oradan bildirilib ki, bu gün 11:30 radələrində Yersax kəndi istiqamətində atışma olub. “Digər kəndlərin atəşə tutulması barədə deyilənlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Ermənistan tərəfi son günlər Azərbaycan sərhəddində çeşidli təxribatlara əl atmaqdadırlar. Rəsmi İrəvan bölgədə vəziyyəti gərginləşdirmək üçün bir neçə istiqamətəd mövqelərimizin atəşə tutulması barədə əmr verib. Məlum olduğu kimi, bir neçə gündür Kəlbəcər istiqamətində ciddi atışmaların getdiyini Azərbaycan tərəfi də təsdiqləyib. Bu gün isə mövqelərimizin qumbaraatanlardan atəşə tutulduğu qeyd olunub.

Naxçıvanla sərhəddə də durumun yaxşı olmadığı hələ iyulun 14-dən məlumdur. Belə ki, erməni tərəfi sərhəddə yaxın yerləşən Yersax (Arazdəyən) kəndindəki mövqelərindən Azərbaycan Ordusunu atəşə tutur. İndiyə qədər baş verən silahlı insident nəticəsində bu istiqamətdə 3 əsgər və zabitimiz yaralanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button