
“KTMT Azərbaycan və Türkiyəyə qarşı müharibə etməyəcək”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirləri Ermənistanın Baş Qərargah rəisinin sabiq müşaviri, general Vladimir Poqosyan səsləndiribv.
O bildirib ki, hazırda Rusiyanın bütün iqtisadiyyatı Azərbaycan və Türkiyədən asılıdır. “Bu gün Rusiyanın bütün iqtisadiyyatı Azərbaycan və Türkiyədən asılıdır. Rusiyanın bütün qazı ora gedir. Birincisi, Rusiya Ukraynadakı müharibəni güclə uzadır. Hətta bu müharibə dayansa belə, Rusiya Azərbaycanla birləşən Türkiyə ilə də müharibə etməyəcək. Çünki Rusiyanın belə qüvvə və resursları yoxdur”.