ManşetÖlkə içi

Erməni fırıldağı: Traktoru Zəngilandan Eçmiəzdinə aparıb, “Türklər qənimət götürdü” deyib 10 min dollar təzminat alıdı

44 günlük müharibə vaxtı bəzi ermənilər diribaş tərpənərək, həm Qarabağdakı qondarma rejimi, həm də Ermənistan hökumətin aldada biliblər. JAMAZ.İNFO xəbər verir ki, onlardan biri də istintaqda adı R.Q kimi göstərilən şəxsdir.

Belə ki, Ermənistan hüququ mühafizə orqanları araşdırma zamanı müəyyən ediblər ki, 44 günlük Vətən Müharibəsi zamanı Zəngilan rayonunun Mincivan qəsəbəsində qanunsuz olaraq məskunlaşmış R.Q vəziyyətdən istifadə edərək, lizinq yolu ilə götürdüyü traktoru aradan çıxara bilib. O, əvvəlcə “Agrotron-180” markalı təkərli traktoru Zəngəzura, oradan isə Eçmiəzdin şəhərinə apararaq, orada gizlədib.

Amma bununla bağlı rəsmi qurumlara məlumat verib ki, guya, Azərbaycan Ordusu Zəngilan rayonunu işğaldan azad edən zaman traktor orada qalıb. Bunu əsaslandırmaq üçün şahid də tapıb, sənəd də düzəldib. Nəticədə, Ermənistan hökuməti “itmiş traktor” üçün R.Q-yə lizinq borcunu bağlamaqla yanaşı, dəymiş zərər olaraq 10 min dollar pul da ödəyib.

Bir neçə gün əvvəl isə R.Q-nin traktoru Eçmiəzdində tapılıb. Bundan sonra erməni polisi cinayət işi açıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button