ManşetSiyasət

Erməni ekspert: “İranın indiki vəziyyətdə Azərbaycanla müharibəyə girib-girməyəcəyi sual altındadır”

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Bakıda səfərdə olarkən Zəngəzur Dəhlizi məsələsi barədə danışıb. JAMAZ.İNFO xəbər verir ki, həmin çıxışında Ərdoğan bildirib ki, dəhlizlə bağlı problem Ermənistanla deyil, İranla əlaqəlidir. O, hətta Tehranın davranışlarından narahat olduğunu da gizlətməyib.

İrandakı erməni təşkilatı olan, Tehranda fəaliyyət göstərən “Hay Dat” təşkilatının rəhbəri, Qafqaz və Türkiyə üzrə ekspert İsak Yunanesyan “İravunk” qəzetinə verdiyi açıqlamasında bildirib ki, indiki məqamda İranla Azərbaycan arasında müharibənin olmasını proqnozlaşdırmaq mümkün deyil. “İranın yüksək rütbəli rəsmiləri dəfələrlə bildiriblər ki, Tehran heç bir şəkildə Ermənistanla sərhədin bağlanmasına imkan verməyəcək. Lakin İranın indiki vəziyyətdə müharibəyə girib-girməyəcəyi sual altındadır. Çünki bu məsələ ilə bağlı hələ ki, dəqiq mövqe yoxdur. Yəni İran şifahi deyir ki, buna icazə verməyəcəklər, amma hərbi cəhətdən əmin deyiləm. Onlar dəfələrlə bildiriblər ki, bu, onlar üçün qırmızı xəttdir. Ancaq son zamanlar İranın Ermənistan hakimiyyətinin tutduğu mövqedən məyus olduğu da açıq-aşkar görünür. Ona görə də, hərbi eskalasiya olacağı təqdirdə İranın müdaxilə etməyəcəyini istisna etmirəm. Yəni indiki şəraitdə Azərbaycan münasibətləri tənzimləməyə çalışsa, çətin ki, İran Azərbaycanla hərbi münaqişəyə girib, müdaxilə etsin”.

Yunanesyan onu da qeyd edib ki, əgər Ermənistan hakimiyyəti öz ölkəsi və Qarabağın gələcəyi ilə maraqlanmırsa, İrandan nəsə gözləmək yersizdir. “Əgər Ermənistan öz gələcəyində maraqlı deyilsə, İrandan nə gözləyirsiniz? İran niyə hərbi eskalasiyaya əl atmalıdır?”

Erməni ekspert Azərbaycan-İran münasibətlərinə də toxunub. O deyib ki, iki ölkə arasında münasibətlərdəki gərginlik 30 il müddətində heç vaxt müşahidə olunmayıb. “Fikrimcə, bu, son 30 ildə İran-Azərbaycan münasibətlərində ən mürəkkəb vəziyyətdir. Amma həmişə olduğu kimi, İran bütün qonşu dövlətlərlə münasibətləri düzəltməyə çalışır. Elə Azərbaycanla da münasibətləri daha tez düzəltmək üçün cəhd edir”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button