ManşetSiyasət

Erməni deputatdan iddia: “Qarabağdakı silahlı dəstələr tərksilah olunacaq, Arayikə də zəmanət verilib”

“Mənə çatan xəbərə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a tələsik səfəri Türkiyə və Azərbaycanın tələbi ilə bağlıdır. Həmin tələb isə Qarabağdakı “müdafiə ordusu”nun təcili olaraq ləğv edilməsinin zəruriliyi ilə əlaqəlidir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Artur Tovmasyan deyib.

O iddia edib ki, danışıqlarda əsas tələb budur ki, Qarabağdakı qanunsuz silahlı dəstələr ləğv edilməli, tərksilah olunmalı və Ermənistan ordusunun bölgədəki hissələri çıxarılmalıdır.

Erməni deputat Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanla bu mövzuda geniş müzakirələrin aparıldığını bildirib. “Lakin Harutyunyan baş verənlərdən qorxur. O hesab edir ki, əgər silahlı dəstələri ləğöv edib, onları tərksilah edərsə, Qarabağdakı ermənilər üsyana qalxa bilərlər. Buna görə də, o, təhlükəsizliyi üçün zəmanət istəyib. Həmin zəmanəti də ona verəcəklərini bildiriblər”.

Tovmasyan sonda onu da qeyd edib ki, hazırda bu təklifin həyata keçirilməsi üçün konkret addımların atılması məsələsi müzakirə olunur.

P.S. Tovmasyan ağlı 2020-ci ildən əvvəlki dövrə gedib. O elə zənn edir ki, Qarabağda hansısa qondarma “müdafiə ordusu” olarsa, Azərbaycan onunla baş edə bilməyəcək. Bu zavallı anlamır ki, Azərbaycan Ordusu üçün Qarabağın tamamilə terrorçulardan təmizlənməsi prosesi ən pis halda ikicə gün vaxt ala bilər. Yəni, çoxda o yan-bu yan etməsinlər. Bakı məsələnin dinc yolla həllinə tərəfdardır. Yox, ermənilər döyüşmək istəyirlərsə, buyursunlar. Lakin iyunun 28-də cəmi 4-5 dəqiqə davam edən əməliyyatı yaddan çıxarmasınlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button