“Hətta Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağda erməni tərəfi həm insan, həm də ərazi itkiləri verib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan deyib.
O bildirib ki, Qarabağda həm ölüləri, həm də yaralıları var. “Eyni Fərruxda baş verən hadisəni unutmamışıq. Bütün bunlar bir daha onu göstərir ki, Bakı Rusiya sülhməramlı qüvvələrinin bölgədəki mövcudluğundan çəkinmir”.
Erməni deputat əhalini həqiqətlə üzləşməyə və illüziyalara qapılmamağa çağırıb. “Düşünməməliyik ki, orada Rusiya nümayəndələri olarsa, o zaman müharibənin qarşısı alınar. Xeyr, bunun qarşısını almaq olmaz. Müharibə qaçılmazdır. Rusların və onların sülhməramlılarının mövcudluğu Azərbaycanın ambisiyalarının qarşısını almağa mane olmur. Ona görə də biz hər şeyə hazır olmalıyıq”.
P.S. Erməni deputat ciddi bir səhvə yol verir. Həmin səhv də ondan ibarətdir ki, Azərbaycan Qarabağda müharibə etmək fikrində deyil. Əksinə, Azərbaycan öz ərazisində mənzillənmiş, ərazi bütövlüyünə, habelə dövlətə zərər vurmaq istəyən, separatçılıq və terrorçuluqla məşğul olan bir qrup qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsi üçün antiterror əməliyyatı həyata keçirəcək. Bu isə rəsmi Bakının qanuni haqqıdır. Heç bir dövlət öz ərazisində qanunsuz silahlı dəstələrin mövcudluğu ilə barışmaz. Həmçinin Azərbaycan da bununla barışmaq fikrində deyil. Əgər belə dəstələr yaxşı şeydirsə, Taquhi Tovmasyan öz ölkəsinin ərazisində nə qədər istəsə yarada və saxlaya bilər.