ManşetSosial

Əmlak Komitəsindən şok: Göyçayda torpaq 2 km “yeriyib”- VİDEO

Göyçayın Hacalıkənd kənd sakini Şıxəliyev Şövqi Muxtar oğlu yazır ki,  Əmlak Komitəsinin 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi onun həmkəndlisinə məxsu olan, lakin onun torpağından 2 km aralıda yerləşən ərazidən 0,51 ha torpaq sahəsi barədə qanunsuz sərəncam verib. JAMAZ.İNFO bildirir ki, qanunsuzluq kimi isə həmin torpağın 2 km aralıda olmasına rəğmən, şikayətçinin torpağının üzərinə sürüşdürülməsidir.

O bildirib ki, o, özünə məxsus həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında 1998-ci ildə vətəbdaşlardan qanunu qaydada alıb. “Həmin torpaq sahəsi mənim adıma reyestrdə rəsmiləşdirilərək çıxarış verilib. Eldar Şəxəliyevə məxsus 0,51 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə 1998-ci il tarixdə verilib. Aqrar İslahat Komissiyasının qərarı ilə Eldar Şıxəliyevə verilmiş həmin 0,51 ha torpaq sahəsi mənə məxsus torpaq sahəsi yerləşən həmin ərazidən təxminən 2 km aralıda yerləşir. Hazırda məndən 2 km aralı məsafədə yerləşən həmin torpaq sahəsini Eldar Şıxəliyev özü əkib -becərir. Eldar Şəxəliyev bir sənəd əsasında iki ərazidə torpaq sahəsi əldə etmək istəyir”.

Şikayətçi bildirir ki, Şıxəliyevin sonradan əldə etdiyi sənədin əsası yoxdur, qanunsuzdur. “Elektron bazada edilən bu saxtakarlıq vəzifə cinayətidir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi ediblər. Torpaq sahəsini 25 il sonra 2 km məsafədən sürüşdürülərək mənə məxsus mülkiyətimdə olan torpağın üzərinə yerləşdilməsi cinayət hesab olunur. Elektron bazada bu qanunsuzluğu rüşvət müqabilində edənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button