Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanışı başlayıb.
Bu barədə oktyabrın 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 45-ci maddəsinə uyğun olaraq, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
Hazırda Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”, – deyə qurumdan verilən məlumatda bildirilib.