GündəmManşet

Eduard Şarmazanov: “Silahı nə üçün istəyirsən? Əliyevə verəcəksən ki, Bakıda paradda göstərsin?”

“Qərblə, Əliyevlə “oyun oynamaq”, Rusiyanı təhlükə saymaq, Aİ müşahidəçilərini Ermənistana gətirmək, amma Rusiyadan silah gözləmək nə dərəcədə normaldır? Paşinyan rejimi Ermənistan və Rusiyanın dövlət maraqlarına qarşı Türkiyə-Suriya antitəbliğatını davam etdirir. İndi xarici işlər nazirinin müavininə daha bir anti-Rusiya təbliğatı aparmaq və Rusiya silahlarının hələ Ermənistana çatmadığını söyləmək səlahiyyəti verilib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Eduard Şarmazanov deyib.

O bildirir ki, KTMT sammitində hərbi-texniki yardım almaq məsələsini rədd edəndə məhz Nikol Paşinyan rus silahlarından imtina etdi. “Eyni Nikol KTMT-nin hərbi təlimlərindən imtina etdi, bu da hərbi texniki dəstəyi nəzərdə tuturdu. Üstəlik, Nikol Rusiyanın hərbi mövcudluğunu təhlükə hesab edirdi. Mən bir şey başa düşmürəm. Siz beyinsizsiniz, yoxsa bacarıqsızsınız? Rusiyanı təhlükə hesab edirlər, Ermənistana Avropa İttifaqının müşahidəçilərini gətirirlər, Qərb və Əliyevlə birlikdə Rusiyanı regiondan çıxarmaq istəyirlər və hələ də Rusiyanın silah verməsini gözləyirlər?”

Şarmazanov daha sonra sual edib ki, Paşinyana silah nə üçün lazımdır. “Deyirsən ki, mənə silah verin. Silahı nə üçün istəyirsən? Yenə Əliyevə verəcəksən ki, Bakıda paradda göstərsin? İndi desəm, deyəcəklər ki, hələ də keçmişi xatırlayır. Həmin Rusiya Federasiyası əvvəllər bizə 50 min ton silah-sursat verdi. “İskəndər”i münasib qiymətə satdı. Amma siz belə rahatlıqla öz pulunuza silah ala bilməzsiniz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button