DünyaManşet

Eçmiəzdin keşişləri Paşinyanı kilsəyə buraxmadı

Eçmiəzdin Erməni Ortadoks Kilsəsi baş nazir Nikol Paşinyanın kilsəyə gəlməsinə qadağa qoyub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə təkcə, erməni saytları deyil, bir neçə tanınmış Qərb mətbuatı da məlumat yayıb.

Məlumatda deyilir ki, hər ilin bu günü Ermənistanda kilsə Noel Bayramı keçirir. Bu gün keçirilən bayrama isə Nikol Paşinyan qatılmayıb. Medianın verdiyi məlumata görə, baş nazirin kilsənin tədbirinə qatılmamasının səbəbi Eçmiəzdindən ona edilə xəbərdarlıq olub. Belə ki, erməni kilsəsi baş nazirə qadağa qoyub. Bunun səbəbi barədə isə dəqiq bilgi mövcud deyil.

Ehtimallardan biri budur ki, məhz Paşinyanın rəhbərlik etdiyi dövrdə Ermənistan müharibədə uduzub və 5000 nəfərə yaxın itki verib.

İkinci ehtimal odur ki, Paşinyan Sünikdə olarkən ona etiraz edən yerli kilsənin rahiblərindən birini həbs etdirib. Eçmiəzdin də bunu özünə təhqir hesab edərək, baş nazirin tədbirlərə qatılmasına qadağa qoyub.

Üçüncü ehtimal isə həmin törənlərə qatılan yürli müxalifətin onu kilsəyə buraxmamaq üçün hazırlıqlar görməsidir. Belə ki, erməni müxalifəti Paşinyan tədbirə qatılmaq üçün gələcəyi təqdirdə, onu ərazidən uzaqlaşdıracaqlarını və tədbirə qatılmasına imkan verməyəcəklərini bəyan ediblər.

Paşinyanın mətbuat katibi Mane Gevorqyan isə bildirib ki, baş nazirin kilsənin törənlərinə qatılmamasının səbəbi koronavirusla bağlı vəziyyətdir və məqsəd onun sağlamlığını təminat altına almaq olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button