GündəmManşet

Düşmən sərhəddə yeni təxribatlara hazırlaşır: Vəziyyət gərgindir:

Xəbər verildiyi kimi, dünən axşam saatlarında Ermənistan tərəfi Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, atışma nətəcəsində bir hərbi qulluqçumuz Şəhid olub.

JAMAZ.İNFO xəbər verir ki, hazırda Ermənistanla bütün sərhəd boyu gərginlik müşahidə olunur. Gələn xəbərlərdən məlum olur ki, erməni tərəfi yeni təxribatlara hazırlıq görür. Belə ki, düşmən xüsusən Kəlbəcər istiqamətində əlavə qüvvələr toplamağa başlayıb. Paralel olaraq, düşmənin xeyli fəallaşdığı, yeni mövqelər seçməyə çalışdığı deyilir.

Erməni mənbələri də sərhəddə vəziyyətin gərgin olduğunu təsdiqləyir. Onlar bildirirlər ki, dünən gecə baş verən atışmadan sonra hər iki tərəf ehtiyat tədbirləri görməyə başlayıblar. Bu sırada mövqelərin gücləndirilməsi, əlavə canlı qüvvə və hərbi texnikanın bölgəyə yerləşdirilməsi də var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button