Xəbər verildiyi kimi, dünən Qarabağda təxribat törədən qanunsuz erməni silahlı dəstələrin 6 üzvü yaralanıb. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan əsgərinin snayper atəşi ilə qətlə yetirən erməniləri cəzalandırmaq üçün hərəkətə keçən Ordumuzun gördüyü tədbirlər nəticəsində yaralanan erməni əsgərlərdən birinin vəziyyəti pisləşib.
Qeyd edək ki, bu barədə məlumat verən separatçıların nümayəndəsi Qeqam Stepanyan və Artak Beqlaryan bildiriblər ki, aldığı güllə yarası ağır olan terroçununun həyatı təhlükəsi davam edir. Həmin şəxsin təcili olaraq İrəvana aparıldığı və oradakı klinikaya yerləşdirildiyi də qeyd olunub.