
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun vəzifədə işləyən ailə üzvləri və yaxın qohumları ilə bağlı Demokrat.az-a məlumat daxil olub.
Məlumatda Cavid Qurbanovun ailə üzvləri və yaxın qohumlarının siyahısı yer alıb. Həmin siyahını təqdim edirik:
“Azercon Group Limited” şirkətlər qrupunun təsisçisi Qəmbər Qurbanov – Cavid Qurbanovun atası,
“Baghlan Groupe” şirkətlər qrupunun təsisçisi Şəmşir Şəmşirli – Cavid Qurbanovun oğlu,
Abşeron rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli – Cavid Qurbanovun qardaşı,
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev – Cavid Qurbanovun əmisi nəvəsi,
Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirov – Cavid Qurbanovun yaxın qohumu,
Nəqliyyatda Baş Polis İdarəsinin yüksək vəzifədə çalışan Əkbər Şəmşirli – Cavid Qurbanovun qardaşı oğlu,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi İlqar Qurbanov – Cavid Qurbanovun qardaşı,
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin köməkçisi Həbib Misirov – Cavid Qurbanovun qohumu və ən yaxın adamı,
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov – Cavid Qurbanovun yaxın qohumu,
“KDY logistics” şirkətinin Direktorlar Şurasının sədri Qalib Məmmədov – Cavid Qurbanovun ən yaxın adamlarından biri hesab olunur,
Vəsilə Abdulova – Cavid Qurbanovun himayəsində olan “TOPAZ”- qumar biznesinə rəhbərlik edir.
Sumqayıt şəhər Məşğulluq İdarəsinin rəsmisi Nahid Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu.
2020-ci ilin fevralında keçirilmiş parlemanet seçkilərində bir neçə şəxs Cavid Qurbanovun təqdimatı ilə deputat mandatı qazanıb. Onların arasında Aqil Məmmədov və Jalə Əliyeva da yer alır.