ManşetMedia

BŞİH-nin 7.2 milyonluq maşın sevdası: 2 milyon manatlıq fərq necə yaranır?

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tərkibində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC (BŞƏTT) 12 avtomobil və 19 avtosəbətin alınmasına 7.2 milyon manat xərcləyəcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə e-tender.az saytında məlumat yerləşdirilib.

Həmin məlumatda deyilir ki, BŞƏTT elan etdiyi tenderə əsasən”AZ-TEX-IMPORT” MMC ilə “Nəqliyyat və xüsusi texnikaların satın alınması” üzrə satınalma müqaviləsi imzalayıb.

Həmin pula dizel və benzinlə işləyən şassi üzərində avtosəbətlər və yük avtomobillərinin alınması qərarlaşdırılıb. Bu nəqliyyat vasitələri ilə tikinti materiallarının və bortuların daşınması nəzərədə tutulur.

Lakin tenderdə qeyd edilən məbləğdən belə görünür ki, alınam avtosəbət və avtomobillərin qiyməti bir xeyli şişirdilib. Elementar hesablamara əsasən demək mümkündür ki, hər bi avtosəbət və avtomobilin alış qiyməti 232 min 258 manata başa gələcək.

Araşdırma nəticəsində müəyyən olub ki, hazırda satışda olan maşın üzərində quraşdırılmış avtosəbətlərin ən bahalısının qiyməti 150-175 min manat arasında dəyişir. BŞİH-in almaq istədiyi 19 ədədi ən yüksək rəqəmə vurduqda isə 3 milyon 325 min manatlıq bir məbləğ alınır.

Tender üzrə xüsusi təyinatlı avtomobillərin qiyməti isə 100-150 min manat aralığındadır. Ki, bu da 12 avtomobil üzrə 1.2-1.8 milyon manatlıq bir məbləğ yaradır.

Hər iki rəqəmi toplasaq, ortaya çıxan rəqəm 5 milyon 125 min manat edir ki, bunu da tender üzrə bağlanılmış ümumi məbləğdən, yəni 7.2 milyondan çıxsaq, 2 milyon manat alınar.

Aydın məsələdir ki, BŞİH bununla bağlı nə izahat verəcək, nə də açıqlama yayacaq. Onlar aşağı-yuxarı 2 milyon manatlıq fərqin haradan və necə yarandığına da süutla yanaşacaqlar. Çünki sərf etmir. Və açıqlama verərlərsə, daha birbırçı nəticələr ortaya çıxa bilər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button