Avropa Şurası üzv ölkələrin məhbus əhali sayı barədə hesabatını açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, sənədə görə, Azərbaycanda ümumilikdə 21012 məhbus var. Onların 2,7 faizi qadınalrdır. Hər 100 min nəfərə 208.7 məhbus düşür.
Bildirilir ki, məhbus sayında azalma müşahidə olunur. “Hər 100 min nəfərə düşən məhbus sayı 2018-ci ildə 235, 2019-cu ildə 218, 2020-ci ildə 208 nəfər olub. 2010-cu illlə müqayisədə azalma 14 faiz təşkil edib. Son 10 ildə Ermənistan və Gürcüstanda isə azalma 50 faiz olub”.
Sənədə əsasən hər 100 min nəfər əhaliyə düşən məhbus sayına görə, Azərbaycan AŞ məkanında 5-cidir. “1-ci Türkiyədir – orda 100 minə 357 məhbus düşür. Bu göstərici Rusiyada 356, Gürcüstanda 263, Litvada 219-dur. Hər 100 min nəfərə Ukraynada 126, Ermənistanda 75, İslandiyada 45, Finlandiyada 48 məhbus düşür”.
Qeyd edilir ki, məhbuslar arasında narkotik cinayətlərinə görə cəza çəkənlərin ümumi çəkisi daha artıqdır – belə məhbuslar ümumi məhbusların 29 faizini təşkil edir.
Bu əsnada o da vurğulanır ki, Azərbaycan həbsxanalarında boş yerlər də var. Hesabata görə, mövcud olan hər 100 həbs yerinə 82.4 məhbus düşür. Məsələn, Türkiyədə hər 100 həbs yerinə 127, İtaliyada 120 məhbus düşür.
Avropa Şurası məhbuslara çəkilən xərclər barəsində də maraqlı məlumat paylaşıb. “Azərbaycan AŞ məkanında məhbuslara ən az xərcləyən ölkələrdəndir. Saxlanılan şəxs üçün günlük çəkilən xərc 6,7 avro, Məhkum edilmiş hər bir nəfər üçün günlük xərc 5,9 avro təşkil edir. Azərbaycandan az xərcləyən cəmi 2 ölkə var: Rusiya hər bir məhbusa günlük 2,8, Bolqarıstan isə 5,7 avro xərcləyir. Gürcülərin günlük xərci 12,6 avro, ermənilərinki isə 18,8 avrodur”.
Avropalıların məhbuslara günlük xərci isə aşağıdakı kimidir:
Andorra – 178;
Avstriya – 128;
Danimarka – 202;
Finlandiya – 204;
İrlandiya – 206;
Lüksemburq – 245;
Hollandiya – 265;
İsveç – 304;
Norveç – 318;
Lixtenşteyn – 352;
Monako – 467;
SAN MARİNO – 1081 avro…..
P.S. Qeyd edək ki, yazı hüquqşünas Xalid Ağalının hazırladığı tərcümə əsasında hazırlanıb.