
İqtisadiyyatManşet
Benzin yenə bahalaşdı: Aİ-95 1.40 manat oldu
Azərbaycanda benzinin qiyməti bahalaşıb. JAMAZ.İNFO xəbər verir ki, bu gündən “Aİ-95” premium markalı benzinin qiyməti 1.25 manatdan 1.40 manata qalxıb.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, buna səbəb dünya birjalarındakı qiymət artımlarıdır: “Aİ-95 markalı benzin xaricdən alınır. Neft ucuzlaşanda bizdə də Aİ-95 ucuzlaşır, bahalaşanda bahalaşır. Pandemiyadan əvvəl Aİ-95-in qiyməti 1 manat 50 qəpik olub, neft ucuzlaşdıqca bu markalı benzin hətta 1 manat 10 qəpiyə qədər düşmüşdü. Bir sözlə, Aİ-95 markalı benzinin qiyməti dünya bazarlarındakı neft qiymətlərilə tənzimlənir”.
İ.Əhmədov deyib ki, bu marka benzin Azərbaycanda çox az istifadə edilir: “Ən çox istifadə edilən Aİ-92 və dizeldir ki, onların da qiyməti stabil olaraq qalır. Bu yanacaq növlərinin qiyməti də dövlət tərəfindən tənzimlənir”.