Ermənistanda keçirilən Ağır Atletika üzrə Dünya Çempionatının açılış mərasimində Azərbaycan Bayrağını yandıran Aram Nikolyan haqqında yeni məlumatlar ortaya çıxıb. JAMAZ.İNFO “Haykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, Nikolyan “H-1” adlı moda evinin rəhbəridir və onun geyim üzrə dizayner olduğu da dəqiqdir.
Lakin Aramın atasının kimlyi daha maraqlı detalları üzə çıxarıb. Belə ki, Vrej Nikolyan (Aram Nikolyanın atası) 2008-ci il mart hadisələri zamanı həbs olunanlardan biri olub. Onun keçmiş president Levon Ter-Petrosyanın partiyasının üzvü olduğu da təsdiqlənib. Həmin vaxt Vjen Nikolyan İrəvandakı “Azadlıq” meydanında aksiyaların təşkilatçılarından biri olmaqla yanaşı, həm də etirazçılara dəmirdən hazırlanmış soyuq silahların hazırlanmasına və çatdırılmasına da köməklik edib.
Həmin vaxt açılmış cinayət işində qeyd edilir ki, Vrej Nikolyan bir neçə nəfərlə sexlərin birində kustar üsulla hazırlanmış “kirpi”lər hazırlayıb. Dəmirdən hazırlanmış “kirpi”lərlə o, suatan maşınların hərəkətlərinə mane olmağa çalışıb. Bundan başqa, polislə əlbəyaxa olduqları zamanı bir neçə polisə “beşbarmaq” adlanan soyuq silahla da xəsarət yetirib.
Qəzet yazır ki, Vrej özünü təqsirli bilməyib və məhkəmədən bəraət istəyib. Lakin yerli məhkəmə onun haqqında hökm çıxararaq, ona şərti həbs cəzası verib.
Maraqlıdır ki, Vrej Nikolyan hazırda da həbsdədir. Artıq 6 ildir onun zindanda olduğu bildirilir. Həbsə səbəb isə onun “1 mart” hadisələrində Serj Sarkisyan hakimiyyətinin təlimatı ilə müxalifətçilərə qarşı təxribatlar törətməsi göstərilir. Yenilən istintaq zamanı (Paşinyan dövründə-red.) bu fakt üzə çıxdığından, ona cinayət işi açılıb və həbs olunub.
Məlumatda o da qeyd olunur ki, “1 mart” hadisələri ilə əlaqədar istintaqa ifadə verən müxalifətçi Qurqen Yeqiazaryan bildirib ki, Vrej Nikolyanla onların deyil, hakimiyyətin (Sarkisyan-red.) adamı olub. O deyib ki, meydana dəmir alətlərin gətirilməsini də məhz hakimiyyətin sifarişi ilə həyata keçirib. “Onlar hakimiyyətin göstərişi ilə Azadlıq meydanına gəliblər. Həmin dəmir “kirpi”ləri də hakimiyyətin sifarişi ilə meydana daşıyıblar. Nikolyan Ermənistanın baş prokuroru Aqvan Hovsepyanın dostudur. Onlar bir babanın nəvəsidirlər. Nikolyanın qardaşı isə Aqvan Hovsepyanın qardaşı, Ajapnyak rayonunun rəhbəri Ruben Hovsepyanın köməkçisi işləyir”.