“Həyata keçirilməsi planlaşdırılan hazırkı dəyişikliklər, ümumilikdə, mövcud Konstitusiyanın dəyişdirilməsi deyil, yeni Konstitusiyanın yazılması deməkdir”. JAMAZ.İNFO bildirir ki, bu sözlər “Hraparak” qəzetində dərc olunmuş məqalədəndir.
Həmin məqalədə qeyd edilir ki, burada xarici faktorları, Ermənistanın vəziyyətini, regional vəziyyəti və min bir başqa səbəbi nəzərə alaraq, yeni sənəd yeni reallıqlara uyğun hazırlayacaqlar. “Yəni Bakının damağına xoş gələn variantla tərtib olunacaq. Və bu, Ermənistanın hazırkı hakimiyyətinin Ermənistanın vəziyyəti ilə bağlı gələcəyə baxışını göstərəcək. O baxış, əslində, Türkiyə-Azərbaycan tandemindən asılı olan yarı subyektiv ölkədir”.