“Biz indi anlayırıq ki, Qarabağı əldə saxlamaq nə demək idi”. JAMAZ.İNFO xəbər verir ki, bunu “Vətən naminə Tavuş” hərəkatının üzvü, deputat Qarnik Danielyan deyib.
O bildirib ki, Qarabağ uzun illər Ermənistanın təhlükəsizlik qalası olub. “İndi həmin qala yıxılıb, yoxdur”.
Danelyan iddia edir ki, “Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısa da, Azərbaycan Ermənistan ərazisinin bir santimetrini belə tanımayıb.
Lakin o, bundan da vacib bir məsələyə toxunub. “Azərbaycan bizdən külli miqdarda təzminat tələb edir. Rəsmi Bakı bunu ara-sıra dilə gətirsə də, İrəvan susur. Lakin arxa planda bunun müzakirəsi gedir. Problem odur ki, əgər tələb olunan təzminatı verməsək, Göycə, Zəngəzur əldən gedəcək. Çünki Azərbaycan müqabilində həmin torpaqları istəyəcək”.