Qarabağdakı separatçıların nümayəndəsi, qondarma “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Samvel Babayan uzun fasilədən sonra yerli ermənilərlə görüşlərini bərpa edib. JAMAZ.İNFO xəbər verir ki, dünəndən etibarən Babayan görüşlərini intensivləşdirib.
“Hraparak”ın yazdığına görə, əvvəlki aksiyalarda uğursuluğa düçar olan separatçı, hakimiyyəti ələ keçirmək üçün yenidən fəaliyyətə start verib. “O, yerli separatçılarla paralel görüşlər keçirir, onların vasitəsilə Arayik Harutyunyana çatdırır ki, o, bu vəziyyətdə “dövlət naziri” vəzifəsini tutmağa hazırdır”.
Babayan camaatla görüşdə deyib ki, Azərbaycanla ticarət əlaqələri bərpa edilməli və humanitar yardımları almalıdırlar. Separatçı adamlara vəd edib ki, o, hakimiyyətə gələrsə, qondarma “ordu”nu qısa zamanda gücləndirəcək.