Ötən gün Ermənistanın ombudsmanı Arman Tatoyan ənənəsinə uyğun olaraq daha bir yalan uydurub. JAMAZ.İNFO xəbər verir ki, Tatoyan iddia edib ki, guya, Azərbaycan Ordusunun əsgərləri sərhəddə yerləşən Korindzor kəndinə girərək, oradan 107 baş qoyub və 4 baş keçi aparıb.
Qeyd edək ki, erməni ombudsmanın yalanını elə Karindzor kəndinin də daxil olduğu Tex kəndin bələdiyyə sədri Davit Şulunts çıxarıb. O deyib ki, Azərbaycan əsgəri Korindzor kəndinə girməyib. “Kənd sakinlərinə dəfələrlə xəbərdarlıq etmişik ki, sərhəddə yaxın ərazilərdə heyvan otarmasınlar. Arman Tatoyan iddia edib ki, guya, türk əsgəri gəlib kənddən qoyun aparıb. Bunu sübut edə bilərmi? Tatoyan Yalan deyir. Azərbaycan əsgəri kəndə girməyib, qoyunlkar sərhəddi keçib gediblər və onların ərazisində olduğuna görə də, saxlanılıb. Tatoyan yalıan danışır. O subut edə bilərmi ki, türklər kəndə girib? Əlində belə bir sübutui varmı? Niyə belə danışdığını da onun özündən soruşun”.
Bildirək ki, Arman Tatoyan Azərbaycana qarşı xüsusi qərəzi ilə seçilənlərdən biridir. Onun yaydığı məlumatlara istinad edilərsə, belə anlaşılar ki, Azərbaycan Ordusu may ayından indiyə qədər Ermənistanda nə bir inək, nə də bir baş qoyun saxlamayıb, hamısını “oğurlayıb”.
Nəzərinizə çatdıraq ki, Tatoyan və ətrafının belə yalan məlumatlar yaymasının başlıca səbəbi Azərbaycana qarşı qərəzli olması və hər vəchdə beynəlxalq təşkilatlar yanında Bakını “günahkar” çıxarmaq cəhdidir. Lakin Tatoyanın da daxil olduğu bir dəstənin varlığı da inkar edilmir. Belə ki, “heyvan oğurlanması” məsələsi hazırda Ermənistanda ciddi biznes növlərindən biridir. Belə ki, rəsmi İrəvan sərhədyanı kəndlərdə Azərbaycan Ordusu tərəfindən öldürülən və ya “aparılan” heyvanlara görə, kompensasiya ödəyir. Bu isə həmin civarda yaşayan ermənilər üçün əsas qazanc mənbəyinə çevrilib. Elə bu səbəbdəndir ki, ermənilər öz heyvanlarını qonşu rayonlarda satdıqdan sonra, əlavə qazanc üçün onların Azərbaycan əsgəri tərəindən “oğurlandığı” barədə məlumat yayırlar. Armnan Tanoyan da onların bu işlərinə “xeyir dua” verərək, həm özü qazanclı çıxır, həm də öz həmfikirlərinə qazanc verir.