CəmiyyətManşet

Azərbaycanda 1 milyon insan səs verə bilməyəcək

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxsin olduğunu açıqlayıb.
Jamaz.info xəbər verir ki, MSK-nın açıqladığı seçici sayı ilə Dövlət Statistika Komitəsinin (DSK) əhalinin sayı ilə bağlı açıqladığı məlumat arasında böyük fərq var.
Bildiyimiz kimi, Azərbaycanda 18 yaşından yuxarı vətəndaşlar seçici sayılır.
DSK-nın açıqladığı əhalinin yaş qrupları üzrə məlumatlarda 0-18 yaş aralığındakı insanların yox, 0-19 yaş aralığındakı insanların sayı göstərilir. Lakin, buna baxmayaraq 19 yaşdan yuxarı əhalinin sayı da seçicilərin sayından çoxdur.
Aşağıdakı cədvəldə əhalinin və seçicilərin sayını təqdim edirik:

Qeyd edək ki, DSK 2023-cü il üçün əhalinin yaş qrupları ilə bağlı məlumatları açıqlamayıb, amma ehtimal etmək olar ki, aradakı fərqdə ciddi dəyişiklik olmayacaq.
Açıqlanan məlumatlardan belə görünür ki, təxminən 1 milyon Azərbaycan vətəndaşı seçici kimi qeydiyyata alınmayıb. Hətta əvvəlki illərdə seçici kimi qeydə alınmayan vətəndaşların sayı təxminən 2 milyon olub.(Yeniavaz)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button