AraşdırmaManşet

Azərbaycan və Ermənistan müharibədə gündəlik nə qədər pul xərcləyiblər?

Vətən Müharibəsinin sona çatmasından iki ilə yaxın vaxt keçsə də, hələ də bununla bağlı maraqlı detalların bir çox açılmayıb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan tərəfi itirdiyi hərbi texnika və canlı qüvvəsi barədə məlumat versə də, Azərbaycan yalnız canlı qüvvə itkilərini açıqlamaqla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan və Ermənistanın təkcə hərbi deyil, iqtisadi itkiləri də müzakirə mövzusudur. Hərçənd bütün ekspertlər Bakının hər hansı ciddi iqtisadi itkilərinin olmadığını vurğulayırlar. Onlar bildirirlər ki, 44 günlük müharibə zamanı Azərbaycan iqtisadiyyatına hər hansı zərər dəyməyib. Lakin eyni şeyi Ermənistan haqqında demək mümkün deyil.

Rusiya mediasının bununla bağlı apardığı araşdırmalara görə, Ermənistanın 44 gündə itirdiyi hərbi texnikasının qiyməti 2.7 milyard dollar təşkil edib. Müharibədən sonra isə ölkə iqtisadiyyatı ikinci böhranı yaşamalı olub. Bu da dövlət büdcəsindəki kəsrin 8.6 faizdən 27 faziə qalxması ilə müşahidə edilib. Ermənistan həmçinin Qarabağdakı imkanlardan da məhrum olub. İlkin hesablamalara görə, hər il Qarabağdan yüz milyon dollardan çox mal və məhsul əldə edən İrəvan, özünün taxıla olan, quş yemi, günəbaxan yağı və bir sıra kənd təsərrüfatı məhsullarına olan təlabatlarını qarşılayırmış.

Maraqlı məqamlardan biri də 44 günlük müharibədə Azərbaycan və Ermənistanın gündəlik nə qədər pul xərcləməsi məsələsidir. Bununla bağlı konkret rəsmi məlumat olmasa da, ilin araşdırmalardan belə anlaşılır ki, hər iki tərəf heç də kiçik pullar sərf etməyiblər.  Rus mediası iddia edir ki, Azərbaycan müharibənin hər günü 80 milyon dollar pul xərcləyib. Bu isə 44 gün ərzində 3.52 milyard dollar deməkdir. Ermənistan isə Azərbaycandan bir qədər çox pul xərcləyib. Belə ki, ermənilərin gündəlik xərci 85 milyon dollar olub. Ki, bu da müharibə dövründə 3.74 milyard dollarlıq xərc deməkdir. İrəvanın Azərbaycandan daha çox pul xərcləməsinin konkret səbəbləri göstərilmir. Belə ehtimal edilir ki, bu xərclər çoxlu sayda hərbi texnika itkisi və onların yerini doldurmaq prosesindən yaranıb.

Rus ekspertlər deyirlər ki, əgər müharibə daha bir ay uzansaydı, Ermənistan hərbi əməliyyatları aparmaq üçün təkcə, hərbi texnika deyil, həmçinin maliyyə də tapa bilməyəcəkdir. Çünki Ermənistanın maliyə ehtiyatları qismən sənaye, kənd təsərrüfatı və erməni diasporunun maliyyə yardımları hesabına formalaşır.

Rrus ekspertlər isə 60 milyard dollardan çox valyuta rezervi olan Azərbaycanın iki ilə qədər döyüş əməliyyatlarını apara biləcəklərini deyirlər. Onlar bunu Bakının maliyyə ehtiyatlarının imkan verməsi ilə əsaslandırırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button