ManşetSiyasət

Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq: SENTYABRDA

Ermənistanla Rusiya arasında sərhədlərdə sülhməramlı kontingentin yerləşdirilməsinə dair danışıqlar başa çatmaq üzrədir. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Baş Qərargaha istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, razılaşmaya əsasən Rusiya sülhməramlı qüvvələr Sotk-Xoznavar istiqamətində Azərbaycanla sərhəddinə yerləşəcəklər.

Qəzet yazır ki, bu yerləşmədən sonra rus sülhməramlılarının yalnız Ermənistan tərəfində dayanacağı dəqiqləşib. Analoji danışıqların Azərbaycanla da aparıldığını qeyd edən nəşr, bildirir ki, rəsmi Bakı hazırda dayandığı mövqedən geri çəkilmək fikrində deyil. “Bundan sonra sərhəddə nə baş verəcəyi məlum deyil”.

“Hraparak” hakimiyyət dairələrinə istinadən bir xəbər də yayıb ki, sentyabr ayında Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq. “Ən geci payızda, sentyabr ayında Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq. Nikol Paşinyanın imza atacağı həmin sazişlə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button