ManşetSiyasət

Azərbaycan rəsmisi: “Arada şifahi razılaşma var, Ermənistansa oyun oynamağa çalışır”

“Laçın dəhlizinin açılması üçün Azərbaycan tərəfinin irəli sürdüyü təkliflər əsas məqsədlər deyil. Rəsmi Bakı əsas məqsədini gizlədir”. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə Oilprice.com saytı çıxış edib.

Sayt yazıb ki, Ermənistanla Qarabağı birləşdirən yeganə yolun bvağlı qalması səbəbsiz deyil. “Azərbaycanın bu yolu nəzarəti altında saxlamaqla, əsas niyyətini həyata keçirmək istəyir. Bu prosesin arxasında “Zəngəzur dəhlizi”nin taleyi gizlənir”.

“Eurasianet” isə adını çəkilməsini istəməyə Azərbaycan məmurlarından biri açıqlama verib. Sayt həmin məmura istinadən yazır ki, azərbaycanlıların gözlədiyi şey Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz əlaqənin bərpasıdır. “Onu dəmir yolları və elektrik xətləri müşayiət edəcək. Səlahiyyətlinin sözlərinə görə, təhlükəsizliyə cavabdeh olan yeganə ölkə isə Rusiya olacaq. Çünki 2020-ci il müqaviləsində “nəqliyyat əlaqələrinin monitorinqinə cavabdeh” kimi məhz Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) göstərilib. İstənilən erməni hərbçisi isə dəhlizə hər iki tərəfdən ən azı 2,5 kilometr aralıda olmalıdır”.

Həmin məmur həmçinin bildirib ki, 2020-ci ildə atəşkəslə bağlı danışıqlar zamanı “şifahi razılaşma” da əldə olunub. “Bu razılaşmada “maneəsiz” sözü Ermənistan tərəfinin yükləri yoxlamadan buraxması deməkdir. Amma Ermənistan indi oyun oynamağa çalışır. Lakin, bu, alınmayacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button