ManşetÖlkə içi

Azərbaycan hərbçiləri rus sərhədçiləri saymadı: Gorus-Qafan yolunda erməni maşınları da yoxlanılır

Azərbaycan Dövlət Sərhəd Xidməti və ərazidə xidmət edən polis əməkdaşları bu gün səhərdən etibarən Qafan-Gorus yolunda ermənilərə məxsus sərnişin və yük maşınlarını da yoxlamağa başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, Vorotan kəndi yaxınlığında erməni hərbçilərinə çörək aparan maşını saxlayan hərbçilərimiz, yoxlanış aparıb və daha sonra sürücünü buraxıblar.

Maraqlı məqam odur ki, həmin maşınını erməni və rus hərbçiləri müşayət edirmişlər. Azərbaycan tərəfi isə onların etirazlarına məhəl qoymayıb.

Gorusun vitse-meri Karen Koçaryan mətbuata açıqlamasında deyib ki, artıq Gorus-Qafan yolu ermənilər üçün “qorxu yolu”na dönüb. Onun sözlərinə görə, əvvəllər belə hallar yaşanmayıb. “Son günlər Azərbaycan hərbçiləri maşınları saxlayaraq, onları ciddi şəkildə yoxlayırlar. Düzdür, erməni maşınlarından pul almırlar. Amma belə davam edərsə, yaxınlarda pul da alacaqlar”.

Vitse-merin sözlərinə görə, Qafan-Gorus yolunda İrana məxsus yük maşınlarının uzun kalonu yaranıb. Onlar bir-bir yoxlanılaraq və rüsum alınaraq, yola buraxılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button