
Son sentyabr toqquşmalarında döyüş meydanında qalmış daha 10 erməni əsgərinin meyidi Ermənistan tərəfə verilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə nazirinin müavini Ripsima Xaçatryan məlumat yayıb.
O deyib ki, erməni əsgərlərinin meyitlərinin verilməsi oktyabrın 27-də baş tutub. “Onların hamısının kimliyi müəyyən olunaraq, dəfn edilib”.
Qeyd edək ki, sentyabrın 12-13-də Ermənistan tərəfi dövlət sərhəddimizdə təxribata əl ataraq, möpvqelərimizə hücum edib. Həmin vaxt adekvat tədbirlər görən Azərbaycan Ordusu düşməni əsas müdafiə xətlərini sıradan çıxararaq, bir sıra əlverişli mövqelərə nəzarəti bərpa edib. Həmin döyüşlərdə Azərbaycan tərəfi 80 Şəhid verib. Ermənistanın itkiləri isə 500 nəfərə yaxın hesab olunur.