ManşetSosial

“AYNA”nın “AZ SOFTVARE SYSTEM”lə 6.5 milyonluq anlaşması: Bahalı layihə, yoxsa şişirtmə?  

Son zamanlar ən çox tənqid olunan qurumlardan biri olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) böyük məbləğli tender keçirib. JAMAZ.İNFO xəbər verir ki, iyulun 18-də elan edilmiş nəticələrə görə, AYNA-nın tenderinin qalibi “AZ SOFTVARE SYSTEM” QSC olub.

“Rəqəmsal Nəqliyyat və Logistika Platformasının (Hazırlanması) satın alınması” adlı layihə üçün elan edilmiş tenderin məbləği isə 6.560.800 manat təşkil edib.

Qeyd edək ki, bu çox yüksək məbləğli bir layihədir. Və AYNA buna hansı səbəbdən zərurət duyub, bəlli deyil.

Bildirək ki, “AZ SOFTVARE SYSTEM” şirkəti Bakı, Xətai pr.34, Luxen Plaza, 9-cu mərtəbədə yerləşir. Bir sıra texnoloji, və proqram təminatı üzrə ixtisaslaşıb. Şirkətin rəhbərinin adı nə rəsmi saytda, nə də hər hansı sistemdə görünmür.

Bu şirkətin adı həmçinin bir çox tenderlərdə hallanır. Və həmin tenderlərin heç biri kiçik rəqəmli olmayıb.

Bu layihənin bu qədər böyük məbləğə başa gəlməsi istər istəməz müəyyən şübhələrə yol açır. Çünki Azərbaycanda bir çox tenderlərin məqsədli şəkildə şişirdilməsi halları baş verib, hətta bununla əlaqədar rəsmi qurumlar cinayət işləri də açıblar. Elə bu səbəbdən də AYNA ilə “AZ SOFTVARE SYSTEM” arasındakı 6.5 milyonluq tender anlaşması əsaslı olaraq müəyyən gümanlara yol açıb. Həmin gümanlar isə bu layihənin şişirtmə, yoxsa bahalı olması sualını yaradıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button