ManşetSiyasət

Arayik əsgərimizin bir addımlığında: Terrorçubaşı mühasirəmizdə olan kəndə gəlib   

Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Harutyunyan bu gün Xocavənd rayonunun Tağavard kəndinə gəlib. JAMAZ.İNFO xəbər verir ki, Arayik həmin kənddə tikinti işləri ilə maraqlanıb.

Qeyd edək ki, Tağavard kəndinin 2/3 hissəsi hazırda Azərbaycan Ordusunun nəzarətindədir. Bundan başqa, Tağavardın ətrafındakı kəndlər də Ordumuzun nəzarəti altındadır. Elə bu səbəbdən də həmin kəndin mühasirədə olduğu deyilir.

Maraqlıdır ki, Azərbaycan tərəfi İnterpol vasitəsi ilə axtarışa verdiyi, haqqında cinayət işi açdığı, bir çox ağır cinayətlərdə haqlı olaraq ittiham etdiyi Arayik Harutyunyanın mühasirəmizdə olan kəndə gəlməsini bilir, lakin onun həbsi üçün heç bir tədbir görmür.

Əslində, bunun üçün xüsusi bir dəhşətli plana da gərək yoxdur. Tağavarda gələndə “Yaşma”nın 5-10 nəfərlik qrupu onu elə yolun ortasındaca götürüb, Bakıya təhvil verir. Arayik Bakıya gətirildikdən sonra Ermənistanla Rusiya hər nə qədər yaxalarını cırsalar da, bir faydası olmayacaq. Uzaq başı rəsmi Bakı açıqlama verə bilər ki, “könüllü olaraq təslim olub”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button