AraşdırmaManşet

“3500 nəfərlik Türk Ordusu Qarabağa gətirilib”

Ermənilər Azərbaycanda israrla türk əsgəri axtarırılar. Vəziyyət o qədər acınacaqlıdır və ermənilər o qədər isterik vəziyyətdədir ki, hər ağacın dibində, hər daşın arxasında bir türk səgəri görürlər. Bu yaxınlarda bununla bağlı araşdırma aparmış “Hraparak” qəzeti yazırdı ki, Azərbaycanda faktiki olaraq, 60 türk əsgər və zabiti mövcuddur. Ki, onlar da Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərirlər.

Lakin “Yerekir”, “Yerevan Today” kimi nəşrlər bu rəqəmlə razılaşmırlar. Əksini iddia etməklə yanaşı, həm də “konkret” rəqəmlər göstərməkdən də çəkinmirlər. Sanki, oturub əllə sayıblar ki, Azərbaycanda nə qədər türk əsgəri var. Elə bu səfsəfə və mənasız araşdırmanın nəticələrindən biri də odur ki, guya, Suriyada xidmət edən Türkiyə ordusunun bir briqadası ötən həftə Azərbaycana dislokasiya edilib. JAMAZ.İNFO xəbər verir ki, erməni nəşrləri həmin ordunu məcburiyyətdən Azərbaycana göndərildiyini iddia edib. İddia da ondan ibarətdir ki, Azərbaycanla İran arasında münasibətlər həddindən artıq gərgindir, Tehran hər an Azərbaycana qarşı hərbi əməliyyatlara başlaya bilər. Türk ordusu da Azərbaycanı qorumaq üçün Qarabağda yerləşdirilib.

Daha sonra iddia edilir ki, məsələ təkcə, bir briqada ilə yekunlaşmır. Ermənilərin iddiasına görə, Suriyadan dislokasiya edilmiş türk əsgərlərinin sayı 3500 nəfərə yaxındır. Gələn ordu birliklərinin tabeliyində isə xeyli sayda artilleriya və raket, habelə onlarla tank da var. Və türk ordusu Zəngilan rayonunun ərazisində yerləşdirilib.

Bu azmış kimi, daha da “uzaq” məqsədlər “proqnozlaşdıraraq”, Zəngilanda “yerləşdirilmiş” türk ordusunun gələcəkdə Qarabağa və Zəngəzura hücum edəcəyini vurğulayıblar.

Maraqlı məqam odur ki, İran Zəngilan rayonunda İsrail ordusunun olduğunu iddia edir. Tehran deyir ki, onlarda bu barədə “məlumat” var. Həmin “məlumat”a əsasən İsrailin Azərbaycan ərazisində, o cümlədən Zəngilan rayonunda 6-ya yaxın İsrail hərbi bazası mövcuddur. Ermənilər də hansısa mənbəyə əsaslanaraq iddia edirlər ki, Zəngilanda Türkiyənin 3500 nəfərlik hərbi qüvvəsi, onlarla topu, bir o qədər də tankı yerləşdirilib. Balaca bir Zəngilanda üç ölkənin ordusunu necə yerləşdiriblər və ya necə yerləşə bilər sualına isə cavab verən yoxdur? Heç cavab da verə bilməzlər. Çünki bu tamamilə yalandır və üç ölkənin ordusu bir rayonda yerləşə bilməz. Və hər nə qədər yerləşsə belə, onu hamı görər. Yəni, təkcə İran və Ermənistan gördü də, biz və ya dünyanın digər dövlətləri görmədi?

Bütün bunlar qorxunun təsirləridir. Ermənilər 44 gün davam edən müharibənin və dəhşətli məğlubiyyətlərinin acınacaqlı aqibətini yaşayırlar. Onlar hələ də inana bilmirlər ki, Azərbaycan Ordusu qısa müddətdə onlar barəsində yaradılmış “mifi” darmadağın edib. Və bu gün hətta İrəvanda oturan erməni də “türklər gəldi” deyə, qorxu içində yaşayır. Lakin qorxunun əcələ faydası olmaz. Ya ermənilər reallıqla barışıb, dinc qonşuluq edəcəklər, ya da yeni müharibələr onların fəlakəti olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button