Qarabağda yaşamaq istəməyib, Ermənistana kömək istəyənlərin köçü davam edir. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saat 6-ya qədər olan məlumata görə, Qarabağı tərk edən ermənilərin sayı 3000 nəfəi keçib. Hazırda da prosesin davam etdiyi bilidirilir.
Bu fotolar isə bu gün səhər saatlarında Xankəndinin mərkəzindən çəkilib. Fotoşəkilin müəllifi fotoqraf Davit Qahramanyandır. Fotolar isə “Reuters”ə məxsusdur. Agentlik yazır ki, insanlar kütləvi şəkildə şəhər mərkəzinə axışır. “Belə davam edərsə, bir neçə gündən sonra Qarabağda erməni qalmayacaq”.
P.S. Ermənilərdən fərqli olaraq, biz azərbaycanlılar öz doğma yurd-yuvamızdan bu qədər rahatlıqla çıxa bilməmişdik. 1 milyon insan öz evini ataraq, qaçmaq məcburiyyətində qalmışdı. Hətta bəzilərinə qaçmaq üçün ermənilər aman da verməmişdilər. Məsələn, Xocalıda 613 uşaq, böyük, qoca, cavan, yaşlı, qətlə yetirilmişdi. Qaradağlı, Ağdaban, Malıbəyli, Kərgicahan faciləri də həmçinin eyni qaydada erməni vəhşiliyinin qurbanı olmuşdu. İndi iki tək, bir cüt foto paylaşıb, “ermənilər incidilir” deyən bu yaramazlar, vaysınmasınlar. Gedib dua etsinlər ki, Azərbaycan xalqı erməni deyil. Ermənilər kimi vəhşilik etmirlər və bu xarakterlərində yoxdur.