DünyaManşet

100 min insanın qətlinə fərman verən lider – Kim Jong-il

1994-cü ildən 2011-ci ilə qədər Şimali Koreyanın rəhbəri olmuş Kim Jong-il tarixin ən ziddiyyətli şəxslərindən biri olmaqla yanaşı, həm də qarınqulu, acgöz və qəddarlığı ilə seçilənlər sırasında ən öndə gedənlərdəndir. JAMAZ.İNFO xəbər verir ki, Kim Jong-il haqqında ortaya çıxan məlumatlardan da bunu görmək mümkündür.

Onun acgözlüyü və qarınqululuğu hələ Rusiyada rəsmi səfərdə olarkən bəlli olmuşdu. Həmin vaxt onu müşayət edən rus nümayəndə heyətinin üzvləri xatirələrində yazırlar ki, Şimali Koreyanın sabiq lideri həmin vaxt qatarla bütün Sibiri gəzərkən, bir vaqon dolusu ərzaqı özüylə gəzdirirmiş. Onun yemək səhnəsi isə çoxlarını heyrətə salırmış. Çünki süfrəsində bütün yemək çeşidləri olar və onların əksəriyyətini yeyərmiş. Həmçinin həddən artıq spirtli içki qəbul edirmiş.

Amma Kim Jong-il təkcə bu məziyyəti ilə fərqlənməyib. Onun qəddarlığı da dünyaca məşhurdur. JAMAZ.İNFO xəbər verir ki, 1994-cü ildə universiteti bitirən Koreya lideri atası tərəfindən vəliəhd elan edilir. Lakin buna qədər atası ilə birlikdə Bodo League qətliamını törədənlərin başında dayanıb. Belə ki, həmin qətliam 1950-ci ilin yazında Koreya müharibəsində kommunistlərə və kommunist tərəfdarı olduğu düşünülən şübhəliləri əhatə edib. Nəticədə, ata və oğul 100 min insanın qətlinə fərman verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button