
Səduiyyə Ərəbistanı Aralıq dənizində Türkiyəyə qarşı ittifaqa qoşulub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə yunan mediası məlumat yayıb.
Məlumatda deyilir ki, Səudiyyə kralının varisi şahzadə Məhəmməd ibni Salman əmriylə 15 ədəd F-15 hərbi təyyarəsi Yunanıstanın Girit hərbi bazasına eniş ediblər.
Məlumata görə, ibni Salmanın bu qərarı Aralıq dənizində möhkəmlənən Türkiyəyə qarşı yaranan ittifaqda yer aldığını nümayiş etirmək məqsədi daşıyıb. Bundan başqa, o da bildirilir ki, Səudiyyəli hərbi təyyarələrdən yunan pilotlar da istifadə edəcəklər.