
İqtisadiyyat
Türkiyə və Bolqarıstan qaz ixracına dair müqavilə imzaladı
Türkiyə və Bolqarıstan arasında təbii qazın ixracına dair müqavilə imzalanıb.
Jamaz.info xəbər verir ki, müqaviləyə əsasən, Türkiyə ildə Bolqarıstana təxminən 1,5 milyard kubmetr qaz ixrac edəcək.
Qeyd edək ki,Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz bundan əvvəl müqavilə barədə bunları demişdi:
“BOTAŞ son olaraq Omanda görüş keçirdi. Böyük bir razılaşma oldu. Qısa müddətdə mayeləşdirilmiş təbii qaz razılaşması imzalanacaq”.
Bolqarıstanın Energetika naziri Rossen Xristov da bildirmişdi ki, Türkiyənin mayeləşdirilmiş təbii qaz terminallarından 1 milyard kubmetr qazın ixracı üçün danışıqlar aparılır.