Azərbaycan Ermənistana yeni təklif göndərib
Naxçıvan ölkədə ən yaxşı radiasiya qəbul edən bölgəmizdir. Naxçıvan bizim üçün xüsusi bölgədir. Təəssüflər olsun ki, hazırda Naxçıvan ilə quru yolumuz yoxdur. Bu, Zəngəzur dəhlizi ilə təşkil olunacaq.
Jamaz.info xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda bildirib.
“2020-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında bağlanan müqavilədə üç enerji koridoru haqqında danışılır. Onlardan biri “Yaşıl enerji”dir ki, bununla da enerji Ermənistandan Naxçıvana, oradan Türkiyəyə və digər Avropa ölkələrinə göndəriləcək. Onu da qeyd edim ki, 90-cı illərin əvvəlində Azərbaycan davamlı sülh naminə Ermənistana enerji sahəsində əməkdaşlıq təklif edib. Amma təəssüf ki, Ermənistan bu fürsətdən istifadə etmədi. Biz yenidən Azərbaycan hökuməti olaraq qonşu Ermənistana enerji sahəsində əməkdaşlıq təkliflərimizi edirik. Təbii ki, burada qarşılıqlı öhdəliklər olacaq”, – deyə nazir müavini qeyd edib.