Gündəm

Xankəndidə panika – Arayik ümid vermədi, ermənilər şəhəri tərk edir

Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanın son vaxtda daxildə bəzi dairələrlə qapalı görüşlər keçirməsi ermənilər arasında panika yaradıb.

Jamaz.info xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Məlumata görə, Arutyunyanın görüşlər zamanı səsləndirdiyi fikirlər, xüsusilə hazırkı vəziyyətin kifayət qədər qəliz, gələcəyin isə daha da dumanlı olması barədə bəyanatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə qalan silahlı qrupları və separatçı rejimin tərəfdarlarını qorxuya salıb.

Nəşr bildirir ki, Arutyunyan fikirləri erməni sakinlərdə ümidsizlik yaradıb. “Ermənilər üçün Qarabağda qalmaq günü-gündən mənasız olur”, – “Hraparak” yazıb.

Ümumilikdə isə hesab olunur ki, Arutyunyan Xankəndi və digər ərazilərin tezliklə Azərbaycanın idarəçiliyinə keçəcəyini başa düşür və tərəfdarlarını buna hazırlayır. O, artıq əvvəlki kimi “odlu-alovlu” çıxışlara üstünlük vermir, daha çox təslimçilik ruhunda bəyanatlarla siyasi məğlubiyyətini etiraf edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button