
SEPAH Xoydakı azərbaycanlılara nə yardım edir?
İranın Qərbi Azərbaycan əyalətindəki Xoy şəhərndə baş vermiş 28 yanvar tarixli zəlzələdən əziyyət çəkən azərbaycanlılar çadır düşərgələrində məskunlaşıblar.
Jamaz.info xəbər verir ki, “İsna” agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xoydakı zəlzələ qurbanlarına yardımı davam etdidiyi barədə məlumat yayıb.
göstərməsinə vurğu edərək dedi: Xoi zəlzələ qurbanlarına yardım və xidmətlər sahəsində yeni İİKK imkanlarının gəlməsi ilə xalqın bəzi ehtiyaclarına cavab Zəlzələdən təsirlənənlər daha sürətli artdı.
İSNA-nın Sepah News-a istinadən verdiyi məlumata görə,
Bu barədə SEPAH-nin sözçüsü və ictimaiyyətlə əlaqələr üzrə məsul vəzifəli briqada generalı Ramzan Şərifə istinad edilib.
R.Şərif deyib ki, Ordunun Şimal-Qərb Tibb Mərkəzinin səhra və səyyar ixtisaslaşdırılmış xəstəxanasının şöbələri zəlzələdən zərər çəkmiş ərazidə yerləşdirilib. O əlavə edib ki, hazırda çadır düşərgələrində ixtisaslaşmış müalicə qrupları xidmət göstərir.
R.Şərif SEPAH Quru Qoşunlarının Tibb Mərkəzinin 5 mindən çox insanın yerləşdiyi 45 düşərgədə xidmət göstərdiyini qeyd edib. Xoy şəhərində zəlzələdən zərər çəkənlər əsasən azərbaycanlı əhalidir. On minlərlə yerli sakin evlərinin dağılması səbəbindən hazırda çadırlara sığınıb.
Yanvarın 28-də 5,9 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində 175 min əhalisi olan Xoy şəhərində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb.
Qərbi Azərbaycan vilayətinin qubernatoru bildirib ki, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub.
Zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binası dağılıb.
Ötən həftə SEPAH komandanı, general-mayor Hüseyn Səlami Xoy şəhərinə gələndə zəlzələdən zərər çəkən azərbaycanlılar bəzi çatışmazlıqlardan şikayətlənmiş və yardım istəmişdilər.(modern)