Gündəm

“Rusiya bizə Qarabağı və Ermənistanı tərk etməyi, torpaqları türklərə verməyi təklif edir”

Son günlər Rusiya MDB-yə daxil olan ölkələrdə rusdilli məktəblərin açılması və mövcud olan ölkələrdəki durumunu geniş şəkildə qabartmağa başlayıb. Hətta Moskvada bununla bağlı geniş konfransların təşkil edildiyinə dair xəbərlər də az deyil.

JAMAZ.İNFO xəbər verir ki, Rusiyanın bu məsələdə narazı qaldığı əsas ölkə Ermənistandır. Çünki İrəvanda bircə dənə də olsunb rusdilli orta məktəb yoxdur. Maraqlı məqamlardan biri də odur ki, iki həftə öncə Rusiyada səfərdə olan Ernənistan parlamentinin spikeri Alen Simonyan XİN başçısı Lavrovla görüşdə qəribə vəziyyətə düşüb. Belə ki, Lavrov çıxşı zamanı bildirib ki, Ermənistan Azərbaycandan rusdilli məktəblərlə bağlı nümunə götürməlidir.

Ermənistanda isə Rusiyanın bu yanaşmasına münasibət birmənalı deyil. Cəmiyyətin bir hissəsi ölkədə rusdilli orta məktəblərin açılmasına qarşı deyil. Daha doğrusu, bu, onlar üçün maraqlı məsələ hesab olunmur. Lakin bir qismi bunu Rusiya ilə alverə çevirməkdə maraqlıdır. Necə ki, “Armenian Report” nəşri və jurnalist Samvel Ovannisyan kimi.

Ovanissiyan özünün məqaləsində yazır ki, o, Ermənistanda rusdilli məktəblərin açılmasına qarşı deyil. Lakin bunun qarşılığını da istədiyini gizlətmir. O hesab edir ki, Rusiyanın Ermənistanda rusdilli orta məktəblərin açılmasını istəməsi onun ölkəsini alçalaltmaq deməkdir. “Açıq deyirəm, Rusiya bununla bizi alçaldır. Onu qonşu dövlətlərin cəmiyyətləri maraqlandırmır. Mən yenə də bu məsələni udardım. Lakin bir il öncəyə baxaq”.

Erməni yazıçı deyir ki, Rusiya indiyə qədər Azərbaycanın 44 günlük müharibədəki əldə etdiyi nəticələrinə heç bir hərbi-hüquqi və siyasi qiymət verməyib. “Həmin müharibədə Gümrüdəki rus hərbi bazasının əsgərləri Ermənistanın müdafiəsinə qalxmadılar. Bəs, bir il əvvəl hardaydınız? Azərbaycana qarşı niyə sanksiyalar tətbiq edilmədi? Bəlkə, səfir Bülbüloğlu Smolenski meydanına çağırıldı? Heç olmasa Rusiya XİN-i Azərbaycanı qınayacaq bir açıqlama verərdi? Bunların heç biri olmadı. Eyni vəziyyət indi də davam edir”.

Ovannesyan daha sonra Qarabağda baş verən son hadisələrə diqqəti yönəldib və təbii ki, erməni xislətinə uyğun olaraq, Azərbaycanı günahkar çıxarmağa çalışıb. O iddia edib ki, guya, yaxın vaxtlarda Qarabağda döyüşlər olub, ölən və yaralananlar var. “Həmin vaxt sülhməramlılarınız haradaydı? Qarabağda yediyiniz kababdan, içdiyini tut arağından zövq aldınızmı? KTMT üzv Ermənistanı qorumalıydı, kömək etməliydi. Bəs, o hardadır?”

Müəllif məqaləsində qeyd edib ki, Qarabağda yaşayan ermənilər kütləvi şəkildə yaşadıqları yeri tərk edirlər. “Qarabağ sürətlə boşalır. Bunu rus sülhməramlıları da təsdiqləyirlər. Bir qədər əvvəl də yazmışdım. Çox gizli keçirilən “Vyana Konqresi”ndə nələr müzakirə olunub? Rusiyanın Qarabağ və Ermənistanla bağlı hansı planları var? Bizə nə təklif edirsiniz? Rus dilini öyrənib, Qarabağı və Ermənistanı tərk edək, sonra da Rusiyaya mühacirətə yollanaq? Torpaqlarımızı türklərə buraxaq? Kiməsə cavab versin, Cənab Kopırkin, Lavrov, Putin! Hansı gələcəyə hazırlaşmalıyıq? Çantalarımızı nə vaxt yığmalıyıq?”

P.S. Əgər Rusiya həqiqətən də ermənilərin Qarabağı və Ermənistanı tərk edib, mühacirətə getmələrini, həmin torpaqların da bizə qalmasını istəyirsə, çox yaxşı təklifdir. Bəlkə bu yolla bölgədə rahatlıq və təhlükəsizlik təmin olunar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button