“Qasparyan mənə Şuşanın süqutu barədə dedi” – Paşinyan
“Şuşadan davamlı olaraq narahatedici xəbərlər gəlirdi. Xəbərlər gəlməyə başladı ki, Azərbaycan Ordusunun birinci dəstəsi Şuşaya daxil oldu, sonra ikinci dəstə və s. Sonda noyabrın 7-də günorta Baş İdarənin rəisi Onik Qasparyan mənə Şuşanın süqutu barədə məlumat verdi. Bu mənim üçün ağır xəbər oldu. Dedim ki, Şuşanı saxlamaq lazımdır və onun saxlanılacağına dair zəmanət almışam. Göstəriş verdim ki, Şuşanı geri alın.
Axırda mənə əks-əməliyyatları, bəzi uğurlar barədə məlumat verdilər. Sonra əməliyyatın yaxşı getdiyini dedilər, hətta xəbər verdilər ki, Şuşanın içindəyik”.
Jamaz.info xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan Milli Assambleyada 44 günlük müharibənin nəticələrini araşdıran istintaq komissiyasının iclasında deyib.
“Üçtərəfli bəyannamə imzalanmamışdan əvvəl mənə dedilər ki, Şuşanın bir hissəsi nəzarətimizdədir. Sonra üçtərəfli bəyannaməni imzaladım, hökumət binasına basqın oldu və mən işə qayıdanda dedilər ki, Şuşada əsgərimiz yoxdur”, – o əlavə edib.