Gündəm
Putin İlham Əliyev və Nikol Paşinyanla danışıqlardan sonra Təhlükəsizlik Şurasını toplayacaq
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Gecə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə dialoq başa çatdıqdan sonra Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirəcək”, – deyə o qeyd edib. /Oxu.az