Gündəm
“Lakin bu proses birtərəfli ola bilməz” – Hərbçilər qaytarılacaqmı?
Ermənistan bu ölkədə əsirlikdə saxlanılan Azərbaycanın iki hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazır olduğunu açıqlayıb.
Jamaz.info xəbər verir ki, bu barədə bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz”, – deyə Paşinyan vurğulayıb.