Gündəm

Fazil Mustafanın son durumu necədir? – Həyat yoldaşı danışdı

Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabildir.

Jamaz.info xəbər verir ki, bu barədə Modern.az-a deputatın həyat yoldaşı Zülfiyyə Mustafayeva məlumat verib.

“Hazırda onun vəziyyəti stabildir. Xəstəxanadan evə nə vaxt buraxılacağı barədə bizə dəqiq məlumat verilməyib”, – deyə deputatın xanımı bildirib.

Onun sözlərinə görə, F.Mustafanın müalicəsi həkim nəzarətində davam edir.

Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında sui-qəsdə məruz qalan deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button