Bu gün Ermənistanda Azərbaycan əsgərinin məhkəməsi keçiriləcək
Bu gün Ermənistanda aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşən, daha sonra Ermənistanda əsir götürülən Azərbaycan ordusunun əsgəri Hüseyn Axundovun məhkəməsi keçiriləcək.
Jamaz.info xəbər verir ki, o, aprelin 12-də “Zəngəzur Mis-Molibden Kombinatı” QSC-nin mühafizəsini aparan və qarovul postunun yaxınlığında olan Ermənistan vətəndaşını qətlə yetirməkdə ittiham olunur.
İş Sünik Marzın Ümumi Yurisdiksiya Məhkəməsinin sədri Napoleon Ohanyanın icraatındadır. İlkin məlumata görə, məhkəmə iclasları açıq keçiriləcək.
Qeyd edək ki, Hüseyn Axundovla birlikdə itkin düşən və daha sonra sərhədi keçən digər Azərbaycan əsgəri Aqşin Bəbirov Sünik rayon ümumi yurisdiksiya məhkəməsinin hökmü ilə 11,5 il müddətinə azadlıqdan məhrum edilib. O, sərhədi qanunsuz keçməkdə, dövlət sərhədindən qanunsuz olaraq odlu silah və döyüş sursatı keçirməkdə təqsirli bilinib.