Gündəm

Bakıdan Aİ-nin hərbi yardımına cavab: “Yanlış hərəkətdir”

“Aİ-nin Ermənistana hərbi yardım göndərmək qərarı son dərəcə yanlış və təhlükəli addımdır və Ermənistanla münasibətlərdə gərginliyin artmasına xidmət edir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, Avropa İttifaqının bu cür addımları açıq şəkildə birtərəfli və qərəzlidir və regionda “parçalayıcı xətlər” yaratmaq siyasətinin təzahürüdür. “Ermənistana hərbi yardım və gələcəkdə bu cür yardımların artırılması çağırışları regionda destruktiv fəaliyyətə xidmət edəcək və Ermənistanın hərbi potensialını gücləndirəcək. Biz göstərilən yardım haqqında şəffaf məlumat verməyi gözləyirik.  Avropa İttifaqı regionda silahlanma və hərbiləşdirmə siyasətinə töhfə verən bu cür addımlara son qoymalı və başa düşməlidir ki, regionda sülh və əməkdaşlığa alternativ yoxdur”.

Xatırladaq ki, Aİ ilk dəfə olaraq Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro verəcək. Rəsmi məlumatda iddia olunur ki, Ermənistana dəstək məqsədilə veriləcək yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button