Gündəm
“Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa yol yoxdur”
“Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın olduğuna dərin əminəm”. JAMAZ.İNFO xəbər verir ki, bunu siyasi analitik Qarnik Davtyan deyib.
O bildirib ki, Ermənistan elə bir vəziyyətdə olacaq ki, başqa çıxış yolu qalmayacaq. “Sərhəd təhlükəsizliyi, yollar, hətta indi anklav tezisi ilə edilən bütün güzəştlər belə çöküş gətirəcək. Nəticədə, Ermənistan nəfəs belə ala bilməyəcək”.
Danelyan vurğulayır ki, hazırkı vəziyyətdə Azərbaycan əraziləri döyüşsüz alır. “Azərbaycan açıq-aydın deyir: Mən sizi məhv etmək istəyirəm və bunu əraziləri ələ keçirməklə, hədələməklə, əhalini azaltmaqla edir”.
Amma erməni siyasi analitik vəziyyətdən çıxış yolu olmadığını qeyd edir. O deyir ki, prinsipcə, Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa yol yoxdur.