
Dünya
Zaparojiyedə yüzlərlə jurnalist, müəllim və siyasətçi oğurlanıb
Rusiya Ukraynanı işğal edəndən indiyə qədər minlərlə insan itkin düşüb. Onların aqibətlərindən bu günə qədər xəbər yoxdur. JAMAZ.İNFO xəbər verir ki, ruslar təkcə, Zaparojiye vilayətində yüzlərlə insanı qaçırıblar.
Vilayətin rəhbəri Aleksandr Starux bildirib ki, indiyə qədər Zaparojiyedə yüzlərlə jurnalist, müəllim, siyasətçi yoxa çıxıb. “Onların harada olduğu, öldüyü, qaldığı barədə məlumat əldə etmək mümkün deyil. Bilinən odur onları ruslar oğurlayıblar”.