Zatulin arzuolunmaz şəxs elan edildi: Ermənistana girişinə qadağa qoyuldu
Rusiyanın MDB üzrə, habelə Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komissiyasının sədri Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub. Zatulin artıq Ermənistanda arzuolunmaz şəxs hesab edilir. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı “Haykakan Jamanak” qəzeti yayıb.
Qəzet yazır ki, Zatulin əvvəlcə erməni mediası ilə söhbətində, daha sonra isə özünün Telegram kanalında məlumatı təsdiqləyərək, Ermənistan Milli Assambleyasından məktub aldığını bildirib. Hətta aldığı məktubu dərc belə edib. “Ermənistan Respublikası Milli Assambleyasının rəhbərliyi adından sizə bildiririk ki, təəssüf ki, sizin Ermənistan Respublikasına qarşı son açıq bəyanatlarınız ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına xələl gətirir. Bu mənada sizin Ermənistan Respublikasına gələcək səfəriniz arzuolunmaz hesab olunur”.