Dünya

Zəlzələdən istifadə edən PKK-dan xain hücum

PKK terror təşkilatı zəlzələni fürsət bilərək Türkiyə sərhədlərinə hücum etməyə cəhd göstərib.

Jamaz.info “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“PKK/YPG terror təşkilatı zəlzələni fürsət bilərək Tel Rıfatdan Öncüpınar sərhəd postunun məsuliyyət zonasına alçq hücum gerçəkləşdirib və artıqlaması ilə cavab verilib”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button