Dünya

Vardanyan ermənilər üçün “arzolunmaz şəxsə” çevrilir – Etirazlar başlandı

Ermənilər separatçı rejimin qondarma “dövlət naziri”, milyarder Ruben Vardanyana qarşı etiraz edr.
Jamaz.info
xəbər verir ki, Ermənistan mediasında Vardanyanın erməniləri təhlükəyə atdığına dair mövqelər son günlər intensivləşib.

R.Vardanyanın son açıqlamaları, xüsusilə əhalini “dözməyə” çağırması erməniləri qəzəbləndirir.

Separatçıların qondarma “parlamentinin” üzvü Metaxe Akopyan Vardanyanın çağırışlarını nəzərdə tutaraq, “dözün” çağırışlarının qəddarlıq olduğunu vurğulayıb.

“Dözün çağırışları absurd və qəddarlıqır. Belə çağırışları edənlər özləri rahat yaşayır”, – Akopyan bildirib.

R.Vardanyan Ermənistan hakimiyyətinə qarşı da çağırışlar edir, xüsusilə Paşinyanı separatçı rejimə dəstək verməməkdə günahlandırır.

Erməni siyasətçi Arman Babacanyan isə hesab edir ki, Ruben Vardanyan primitiv, ehtiyatsız fiqurdur: “Vardanyan Qarabağda “ulduz qonaq” kimi peyda oldu və onun məsuliyyətsiz bəyanatları Ermənistana da, “arsax”a da zərbə vura bilər. Vardanyan düşünürsə, Ermənistanı məhv etməklə “arsaxı” xilas edə bilər, yanlış yanaşmadır. Ermənistansız onların perspektivi yoxdur”.

Babacanyan qeyd edir ki, Vardanyan əhalini şantaj edir, onları qorxu altında saxlayır.

Separatçı rejimin qondarma “naziri” kimi son dövrlər Vardanyan “hakimiyyəti” faktiki əlinə alıb və erməni əhalisinin narazılığına səbəb olan qərarlar verir: ərzaq satşına talon tətbiq edir, insanların gündəlik həyatına müdaxilələr edir, pul nağdlaşdırılmasını və enerjinin verilməsini süni şəkildə məhdudlaşdırır;

Ermənistan mediasına və sosial şəbəkələrin erməni seqmentinə baxdıqda Ruben Vardanyanın ermənilər üçün “arzuolunmaz şəxs”ə çevrildiyini görmək çətin deyil.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button