Vəliəhd atasını öldürmək istəyib: “Rusiyadan zəhərli üzük gətizdirəcəkdi”
Səudiyyə Ərəbistanın kralına zəhərli üzük verilməsi xəbəri skandala səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, ölkənin vəliəhdi olan şahzadə Məhəmməd ibni Salmanın sirlərini isə indiyə qədər Səudiyyədən qaçmağı bacarmış keçmiş kəşfiyyatçı Saad əl-Cəbridir.
Qeyd edək ki, ibni Salman yalnız əl-Cəbrini ölkədən qaçmasının qarşısını ala bilməyib. Kanadaya qaçan Saadı geri almaq istəyən vəliəhd indiyə qədər çoxlu cəhd etsə də, istəyinə nail ola bilməyib. Hətta keçmiş kəşfiyyatçının oğullarını və qardaşını girov saxlaması da bir işə yaramayıb. Vəliəhdin əl-Cəbridən qorxmasının səbəbi isə kəşfiyyatçının əlində ciddi informasiyaların olmasıdır.
JAMAZ.İNFO bildirir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və digər Qərb kəşfiyyat orqanları ilə Səudiyyə kəşfiyyatı arasında koordinatorluq edən əl-Cəbri hamının və hər şeyin dosyelərindən xəbərdardır. Tanınmış xəfiyyə təhlükəsizlik məsələləri ilə yanaşı, Kral Salman və oğlu Məhəmmdəin maliyyə anlaşmaları haqqında olan məlumatlara da əli çatırdı.
Saad əl-Cəbri xarici telekanallardan birinə verdiyi müsahibəsində şok yaradacaq məlumat açıqlayıb. O deyib ki, hələ 2015-ci ildə Məhəmməd ibni Salman bir müddət əvvəl ölən kral Abdullahı öldürməyi təklif edib. ABŞ-ın CBS kanalındakı “60 dəqiqə” verilişinə çıxan keçmiş xəfiyyə bildirib ki, Vəliəhd ibni Salman 2014-cü ildə atasının taxta çıxtını ələ keçirmək üçün plan qurub. Həmin plan haqqında o dövrün daxili işlər naziri olan qohumu Şahzadə Məhəmməd ibni Nayiflə danışıb və Kral Abdullahı öldürə biləcəyini deyib. “Məhəmməd ibni Salman bunun üçün zəhərli üzükdən istifadə edə biləcəyini dilə gətirib. Bu məqsədlə Rusiyadan zəhərli üzük ala biləcəyini də deyib. “Onunla əl verib, görüşərəm, məsələ bitər” sözünü də işlədib. Bəlkə də, yalandan deyirdi. Amma biz bunu ciddi qəbul elədik. İş yerli kral məhkəməsində həll olundu. Bununla bağlı gizlicə çəkilmiş iki virdeogörüntü var”.